Şənbə, 04 May

"Real Madrid"in futbolçusu "Barselona"ya keçə bilər

image

"Real Madrid"in yarımmüdafiəçisi Marko Asensio "Barselona"ya keçə bilər. 

Xəbər verilir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

Mənbə qeyd edir ki, Asensio komandanın baş məşqçisi Karlo Ançelottinin "Betis"lə oyunda ona yarım saatdan çox isinmə hərəkəti etdirməsinə baxmayaraq, onu meydana buraxmamasından narazı qalıb.

Əvvəllər Asensio-nun Madrid "Real"ı ilə yenidən müqavilə imzalayacağı güman edilirdisə, indi vəziyyətin istiqaməti dəyişə bilər.

O, "Barselona"nın təklifini dəyərləndirməyə hazırdır. Buna baxmayaraq, kataloniyalılar hələ ki, futbolçu ilə görüşmək üçün heç bir cəhd göstərməyib.

Bildirilir ki, "Arsenal" və "Milan" artıq yarımmüdafiəçinin ətrafı ilə əlaqə saxlayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm La Liqada 18 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xatırladaq ki, M.Asensio 2015-ci ildən "Kral klubu"nda çıxış edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15